Türkiyə Mərkəzi Bankının ehtiyatları rekord 178,4 milyard dollar həddinə çatıb

17:23 - 4.09.2025


4 sentyabr, Fineko/abc.az. Türkiyə Mərkəzi Bankının ehtiyat aktivləri, avqustun 29-dan bir həftə ərzində 2,03 milyard dollar artaraq, 178,4 milyard dollar tarixi rekord vurub.

ABC.AZ xəbər verir ki, bu tənzimləyicinin məlumatlarından irəli gəlir.

"Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 59 milyon dollar azalaraq 91 milyard 31 milyon dollara çatıb. Qızıl ehtiyatları 85 milyard 237 milyon dollardan 87 milyard 326 milyon dollara yüksəlib. Beləliklə, ümumi ehtiyatlar 2 milyard 30 milyon dollar artaraq 176 milyard 327 milyon dollardan 178 milyard 357 milyon dollara yüksəlib", — deyə məlumatda bildirilir.

Türkiyə Mərkəzi Bankının ötən həftə 71 milyard 756 milyon dollar təşkil edən xalis beynəlxalq ehtiyatları bir həftə ərzində 1 milyard 873 milyon dollar artaraq 73 milyard 629 milyon dollara çatıb.