Alimlər 15 saniyədə ürək xəstəliklərini aşkar edən AI stetoskopu yaradıblar 

10:58 - 5.09.2025


5 sentyabr, Fineko/abc.az. London İmperial Kollecinin alimlərinin layihəsi ürək ritmində və qan axınında insanın eşidə bilmədiyi minimal sapmaları təhlil edir.

ABC.AZ xəbər verir ki, AI stetoskopu ilə müayinə olunan xəstələrdə ürək çatışmazlığı aşkarlanma ehtimalı iki dəfə çoxdur. Təcrübənin nəticələrinə görə, atrial fibrilasiyanın aşkarlanma tezliyi üç dəfə, qapaq qüsurlarının isə iki dəfə artmışdır. 

AI stetoskopu elektrokardioqramı fiksasiya edir, məlumatlar isə AI analizi üçün etibarlı bulud anbarına ötürülür. Nəticələr daha sonra həkimin smartfonunda görünür. 
Hələ ki texnologiya yalnız ürək xəstəliyi əlamətləri olan xəstələri müayinə etmək üçün istifadə ediləcək. Sağlam insanların müayinəsi zamanı xətalar ola bilər.