İstanbulda Telegram, YouTube, Facebook və WhatsApp işləmir

16:22 - 8.09.2025


8 sentyabr, Fineko/abc.az. İstanbulda Xalq Respublikaçılar Partiyasının (CHP) filialının binası yaxınlığında müxalifətçilərlə polis arasında toqquşmalar fonunda bir neçə sosial şəbəkəyə və messencerlərə çıxışla bağlı problemlər yaranıb.

ABC.AZ xəbər verir ki, gecə yarısından etibarən Telegram, X, YouTube, İnstagram, Facebook və WhatsApp işləmir. Problemlər həm mobil internet, həm də evdə müxtəlif telekom operatorları vasitəsilə əlaqə qurmağa çalışarkən müşahidə olunur.

Türkiyə rəsmiləri bloklanmanı birbaşa şərh etmirlər.