10:32 - 9.09.2025
9 sentyabr, Fineko/abc.az. Fransa və Almaniya Rusiyanın “LUKoil” neft şirkətinə və onun törəmə şirkəti “Litasco”ya qarşı Avropa İttifaqının 19-cu sanksiyalar paketi çərçivəsində sanksiyalar tətbiq etməyi təklif ediblər.
ABC.AZ xəbər verir ki, məlumata görə, məhdudiyyətlər Rusiya neftini AB-yə ixrac edən üçüncü ölkələrdəki neft emalı zavodlarına, eləcə də onunla işləyən ticarət şirkətlərinə təsir göstərə bilər. Fransa və Almaniya da Mərkəzi Asiyada banklara və kriptovalyuta birjalarına qarşı sanksiyaların sərtləşdirilməsini tələb edirlər.
AB rəsmiləri sanksiyaların müzakirəsinin erkən mərhələdə olduğunu qeyd etmişdirlər. Sentyabrın 4-də ABŞ prezidenti Donald Tramp Avropa liderləri ilə yeni məhdudiyyətləri müzakirə etmişdi. Görüşdən sonra Fransa prezidenti Emmanuel Makron bildirmişdi ki, Rusiya sülh danışıqlarından imtina edərsə, ABŞ və Avropa "əlavə sanksiyalar" tətbiq edə bilər.
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
4 Noyabr 2025