Çinlilər "Labubu" oyuncağını kazino qaydaları ilə satırlar

12:31 - 9.09.2025


9 sentyabr, Fineko/abc.az. Son günlərdə, deyilənə görə dəyəri "Qazprom" və "Tatneft"i keçən Pop Mart şirkətinin "Labubu" oyuncağının ətrafında qalmaqal artıb. Lakin digər tərəfdən burada gizli  qumar oyunu tətbiq edilir.

ABC.AZ xəbər verir ki, oyuncaqlar möhürlənmiş qutularda satılır (Blind Box Toys formatı) və alıcı hansı oyuncağı alacağını dəqiq bilmir. Tam bir kolleksiya toplamaq üçün minlərlə dollar xərcləməlisiniz, nadir nümunələr isə tapılmır. Şirkətin əsas qazancını həvəsli kolleksiyaçılar və qumar oynamağa meylli insanlar gətirir.

Girişi məhdud olan kazinolardan fərqli olaraq, bu oyuncağı hər yerdə almaq olar, bu da asılılığı görünməz edir. Çində bu cür oyuncaqların 8 yaşdan kiçik uşaqlara satılması qadağandır, daha böyük uşaqlar isə oyun asılılığından qorunmaq üçün yalnız valideynlərin razılığı ilə ala bilərlər.