Əsas kapitala 11 milyard 374,5 milyon manat məbləğində investisiya yönəldilib

15:51 - 10.09.2025


10 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında əsas kapitala 11 milyard 374,5 milyon manat məbləğində investisiya yönəldilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,2 % azdır.

Məlumata görə, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 16,6 % azalıb, qeyri neft-qaz sektoruna isə 8 % artıb.

İstifadə olunmuş investisiyanın 5 milyard 800,2 milyon manatı və ya 51 %-i məhsul istehsalı sahələrinə, 3 milyard 819,9 milyon manatı (33,6 %-i) xidmət sahələrinə, 1 milyard 754,4 milyon manatı (15,4 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilən investisiyaların 8 milyard 752,8 milyon manatını və ya 77 %-ni daxili investisiyalar təşkil edib. İnvestisiyaların 8 milyard 985,9 milyon manatı və ya 79 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.