Azərbaycanda stolüstü kompüterlərin istehsalı kəskin artıb

16:16 - 12.09.2025


12 sentyabr, Fineko/abc.az. 2025-ci ilin yanvar–avqust aylarında Azərbaycanda stolüstü kompüterlərin istehsalı kəskin artıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ilk 8 ayda 2 365 ədəd stolüstü kompüter istehsal edilib və bu göstərici ötən illə müqayisədə təxminən 40 dəfədən çox artımdır.

Bu dövrdə noutbuk istehsalı 1 430 ədəd olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,9% azalma deməkdir.

Eyni zamanda, ölçmə cihazlarının istehsalı 312,9 min ədəd təşkil edib ki, bu da 1,1%-lik azalma deməkdir.