Orta Dəhlizin inkişafı Azərbaycan sektoru üçün strateji imkanlar açır

16:52 - 12.09.2025


12 sentyabr, Fineko/abc.az. Orta Dəhlizin inkişafı Azərbaycan, Qazaxıstan və Gürcüstanın korporativ sektoru üçün strateji imkanlar açır.

ABC.AZ xəbər verir ki, bu barədə "Moody's" beynəlxalq reytinq agentliyi məlumat yayıb. Məlumata görə, artıq region ölkələri ticarət və investisiyaların artımından faydalanırlar.

Bildirilib ki, dəmir yolu sektorundan əlavə, logistika, tikinti, energetika və liman təsərrüfatı kimi sektorlarda da tələbat artıb ki, bu da böyük infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlıdır.

"Yerli şirkətlər regional əlaqələrin və logistikanın yaxşılaşmasından faydalanırlar. İxracyönümlü sahələr Çin və Avropa bazarlarına çıxış, həmçinin regionlararası ticarətin genişləndirilməsi üçün yeni imkanlar əldə edirlər. Buraya ilk növbədə kənd təsərrüfatı məhsulları, kömür, metal və gübrə istehsalçıları daxildir", - hesabatda qeyd olunub.