10:44 - 15.09.2025
15 sentyabr, Fineko/abc.az. Azərbaycanda özəl universitet – Bakı Asiya Universiteti ləğv olunduğuna dair yenidən elan verib.
ABC.AZ xəbər verir ki, bu barədə Universitetin 12 sentyabr tarixli elanında qeyd edilib.
Elanda kreditorlara iki ay ərzində tələblərini AZ1069 Bakı şəhəri, Nəsimi rayonu, Salamzadə küçəsi, ev 28 ünvanına müraciət etmələri bildirilib.
Bakı Asiya Universiteti 2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə bu ali məktəbin Elmi Şurasında qərarın qəbul edildiyini bildirmiş və burada təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş etmişdir.
Təhsil Nazirliyi tərəfindən Universitetin xahişi təmin olunmuş və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilmişdir.
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
13 Noyabr 2025