Dünyanın ən çox ziyarət edilən 10 şəhəri açıqlanıb — ikinci yerdə İstanbul 

15:48 - 18.09.2025


18 sentyabr, Fineko/abc.az. Euromonitor International indeksinə görə, dünyanın ən çox ziyarət edilən şəhərlərinin reytinqinə Banqkok, İstanbul və London başçılıq edir. Turistləri burada qastronomiya və alış-verişdən tutmuş tarixi və memarlıq abidələri cəlb edir.

ABC.AZ xəbər verir ki, 2024-cü ildə Banqkok 32 milyondan çox səyahətçini, İstanbul 23 milyondan çox, London təxminən 22 milyon səyahətçini qəbul edib.
İlk 10-a Çin, BƏƏ, Fransa, Səudiyyə Ərəbistanı və Malayziyanın böyük şəhərləri də daxil olub.

Ötən il Honkonqa 20 milyondan çox qonaq, müsəlmanların müqəddəs şəhəri Məkkə və Türkiyənin məşhur Antalya kurortuna isə 19 milyondan çox ziyarətçi gəlib. 

Dünyanın ən çox ziyarət edilən 10 şəhəri:

1. Banqkok, Tayland;
2. İstanbul, Türkiyə;
3. London, Böyük Britaniya;
4. Hong Kong, Çin;
5. Məkkə, Səudiyyə Ərəbistanı;
6. Antalya, Türkiyə;
7. Dubay, BƏƏ;
8. Makao, Çin;
9. Paris, Fransa;
10. Kuala Lumpur, Malayziya.