Oktyabrın 6-na olan hava haqqında məlumat

15:47 - 5.10.2018


5 oktyabr, Fineko/abc.az. Sabah, oktyabrın 5-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gecə və səhər bəzi yerlərdə yağış yağacaq. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 13-15, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək 769 mm civə sütunundan 775 mm civə sütununa  yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarına gəlincə isə, sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz isə əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək,  gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-17, gündüz 18-22, dağlarda gecə 4-7, gündüz 7-11 dərəcə isti təşkil edəcək.

 

Bütün xəbərlər