16:26 - 19.09.2025
19 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərinin sığortalanması üçün açıq tender elan edib.
Tenderdə iştirak haqqı 350 manatdır.
ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar təkliflərini oktyabrın 7-nə qədər AMB-nin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanına təqdim edə bilərlər.
Təkliflərə oktyabrın 7-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.
8 Noyabr 2025