Bakıda orta aylıq maaş 1 376,3 manata çatıb

15:30 - 24.09.2025


24 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 376,3 manat təşkil edib.

Bakı şəhər Statistika İdarəsindən ABC.AZ-a verilən məlumata görə, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-iyul ayları ilə nisbətən 8,6 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,5 % artaraq 1 098,1 manat təşkil edib.