14:15 - 25.09.2025
25 sentyabr, Fineko/abc.az. Dubayda Roasters Specialty Coffee House kafesi rekord müəyyənləşdirib — burada bir fincan qəhvə 2 500 dirhəmə (təxminən 680 ABŞ dolları, 1 AED ≈ 0,2723 USD) təklif olunub.
ABC.AZ xəbər verir ki, qəhvə pourover üsulu ilə, V60 filtrindən istifadə olunaraq hazırlanır. Onun üçün Panamanın ən eksklüziv sortlarından biri — Hacienda La Esmeralda Geisha dənələri götürülür. İçki qonaqlara yapon kristal Edo Kiriko bokalında təqdim olunur. Yanında isə eyni dənələrdən hazırlanan tiramisu, şokoladlı dondurma və xüsusi şokolad deserti verilir. Dadı daha yaxşı hiss etmək üçün müştərilərə ətir və ləzzət təsvirlərinin yazıldığı kartlar təqdim edilir.
12 Noyabr 2025
12 Noyabr 2025
12 Noyabr 2025
12 Noyabr 2025
12 Noyabr 2025