Azərbaycanda icbari sığorta bazarı 6 %-dən çox böyüyüb

15:54 - 29.09.2025


29 sentyabr, Fineko/abc.az.  Bu ilin yanvar-avqust aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 249,861 milyon manat sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,3 % çoxdur.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 92,675 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 8,4 % çoxdur.

Beləliklə, 8 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 37,1 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 36,4 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 48,074 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,9 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 603,414 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,1 % çoxdur.

8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 57,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 53,7 manat olub. © Report