Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 31 % artıb

17:01 - 29.09.2025


29 sentyabr, Fineko/abc.az.  Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əmlak sığortası üzrə 161,291 milyon manat sığorta haqqı toplanılıb.

 Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,2 % çoxdur.

Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği isə 27,601 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 30,9 % çoxdur.

8 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 17,1 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 14,1 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 48,074 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,9 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 603,414 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,1 % çoxdur.

8 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 57,6 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 53,7 manat olub. © Report