15:22 - 1.10.2025
1 oktyabr, Fineko/abc.az. Asiya İnkişaf Bankı (ADB) Azərbaycan hökuməti ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı ilkin müzakirələrə başlayıb.
ABC.AZ xəbər verir ki, bankın nümayəndəsi Marina Rouz Best vurğulayıb ki, ADB bu sahəni Azərbaycanla əməkdaşlıqda son dərəcə prioritet hesab edir.
"İndiyə qədər Azərbaycanda kənd təsərrüfatına töhfəmiz məhdud olub, lakin biz bunu dəyişmək istəyirik və artıq hökumətlə ilkin müzakirələrə başlamışıq. Xüsusilə, çay hövzələrinin qiymətləndirilməsi, su ehtiyatlarının monitorinqi və proqnozlaşdırılması, suvarma sistemlərinin dəstəklənməsi və yeni texnologiyaların tətbiqi, həmçinin fermerlərin iqlimə davamlı bitkilər və onların idarə edilməsi üsulları üzrə təlimləndirilməsi ilə bağlı layihələri nəzərdən keçiririk", - M.Best əlavə edib.
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025