Mərkəzi Bankın departament rəhbəri vəzifəsindən çıxarılıb

14:17 - 3.10.2025


3 oktyabr, Fineko/abc.az. Mərkəzi Bankın Maliyyə bazarlarının hüquqi təminatı departamentinin rəhbəri Mehriban Məmmədova vəzifəsindən azad edilib.

O, öz ərizəsi ilə işdən çıxıb və yerinə hələ ki, təyinat olmayıb.

M.Məmmədova bu vəzifəyə ötən ilin may ayında təyin edilmişdi.