Gələn həftə Tokayev Azərbaycana səfər edəcək

16:40 - 3.10.2025


3 oktyabr, Fineko/abc.az. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 6-7-də Azərbaycana səfər edəcək.

ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmətinin məlumatında qeyd edilib.

Məlumatda qeyd bildirilib ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.

“Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının XII Zirvə toplantısında iştirak edəcək”, – deyə məlumatda vurğulanıb.