17:28 - 3.10.2025
3 oktyabr, Fineko/abc.az. Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən, Dövlət Turizm Agentliyi tərəfindən Qusarın Laza, Qubanın Qrız, Qaxın İlisu və Sarıbaş, Qəbələnin Duruca, İsmayıllının İvanovka, Lerikin Bibiyani və Astaranın Sım kəndi "Turistik kənd" konsepsiyasına uyğun turizm infrastrukturu layihəsinə daxil edilib.
ABC.AZ xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) şöbə müdiri Elgün Cavadov Astaranın Sım kəndinə təşkil edilmiş mediatur zamanı bildirib.
O qeyd edib ki, layihənin məqsədi turistlər üçün cəlbedici ola biləcək kəndlərin vizual görünüşünü yaxşılaşdırmaq, kəndi abadlaşdırmaq və bununla turizm və onun ətrafında məşğulluq imkanlarını genişləndirməkdir.
E. Cavadov onu da bildirib ki, layihə çərçivəsində Sım kəndinin turizm potensialı qiymətləndirilib, kənd cənub bölgəsinin turizm marşrutlarına və xəritələrinə daxil edilib, istiqamətverici lövhələr quraşdırılıb.
Müəllif: Elmir Murad
18 Noyabr 2025
18 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025