09:28 - 6.10.2025
6 oktyabr, Fineko/abc.az. Etalon markalı neftin qiymətləri keçən həftənin sonunda düşdükdən sonra bazar ertəsi baş tutan hərracda yüksəlir.
ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti saat 09:24-ə olan məlumata görə $0,82 (1,27%) artaraq bir barelə $65,35-a yüksəlib. Oktyabrın 3 – də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin dekabr fyuçersləri $0,42 (0,66%) artaraq bir barel üçün $64,53-a çatıb.
Saat 09:24-ə olan məlumata görə NYMEX əmtəə birjasının ticarətində WTI neftinin noyabr fyuçersləri $0,81 (1,33%) artaraq bir barel üçün $61,69-a yüksəlib. Oktyabrın 3 – də aparılan hərracların nəticələrinə görə, WTI neftinin noyabr fyuçersləri $0,40 (0,66%) artaraq bir barel üçün $60,88-a çatıb.
Ötən həftə Brent markalı neft 6,78%, WTI nefti isə 7,36% ucuzlaşıb.
8 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
7 Noyabr 2025