Azərbaycan 9 ayda Türkiyədən bu qədər dəri və dəri məhsulları alıb

10:05 - 6.10.2025


6 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 9,635 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları idxal edib.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisi məlumat yayıb.

Qeyd edilib ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 23,9 % azdır.

Sentyabrda Türkiyə Azərbaycana 1,118 milyon ABŞ dolları dəyərində dəri və dəri məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 34,8 % azdır.

9 ayda Türkiyənin dəri və dəri məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 4,4 % azalaraq 1 milyard 115,179 milyon ABŞ dollarına, sentyabr ayında isə 2,2 % azalaraq 128,988 milyon ABŞ dollarına düşüb.

Türkiyədən ən çox bu məhsulların idxalını Almaniya 88,815 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 6,9 % az), italiya 75,408 milyon ABŞ dolları (- 6,5 %) və İraq 71,725 milyon ABŞ dolları (- 6,4 % az) dəyərində həyata keçirib.