Azərbaycan 9 ayda Türkiyədən geyim idxalına bu qədər xərc çəkib

11:20 - 6.10.2025


6 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 39,247 milyon ABŞ dolları dəyərində geyim idxal edib.

ABC.AZ-ın məlumatına görə, bu barədə Türkiyə İxracatçılar Məclisindən bildirilib.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14 % azdır.

Təkcə sentyabrda Türkiyə Azərbaycana 6,491 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 1,9 % çoxdur.

9 ayda Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 6,5 % azalaraq 12,712 milyard ABŞ dollarına, sentyabrda isə 5,7 % azalaraq 1,491 milyard ABŞ dollarına enib. Türkiyədən ən çox geyim idxalı Almaniya 2 milyard 058,693 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 6,8 % az), Niderland 1 milyard 505,361 milyon ABŞ dolları (- 6 %) və İspaniya 1 milyard 280,214 milyon ABŞ dolları (- 9,8 % az) dəyərində həyata keçirib.