11:57 - 6.10.2025
6 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 396,815 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib.
ABC.AZ-ın məlumatına görə, bu barədə Türkiyə İxracatçılar Məclisindən bildirilib. Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.
Təkcə sentyabrda isə Türkiyə Azərbaycana 46,740 milyon dollarlıq kimyəvi maddələr və məhsullar ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 3,4 % çoxdur.
9 ayda Türkiyənin kimyəvi maddələr və məhsullar ixracının ümumi dəyəri illik müqayisədə 5,3 % artaraq 24 milyard 331 milyon ABŞ dolları, sentyabrda isə 14,6 % artaraq 2 milyard 501 milyon ABŞ dolları olub.
Türkiyədən ən çox idxalı Rumuniya 1 415,919 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 7 % az), Niderland 1 375,549 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 13,5 % az) və İtaliya 1 292,109 milyon ABŞ dolları (23,8 % çox) həyata keçirib.
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025