Orban: Macarıstan AB-nin qeyri-sabitliyi səbəbindən avroya keçmək niyyətində deyil

16:41 - 6.10.2025


6 oktyabr, Fineko/abc.az. Macarıstan hökuməti hələ ki, ölkədə vahid Avropa valyutası - avro tətbiq etməyi planlaşdırmır, çünki dağılma təhlükəsi altında olan Avropa İttifaqı ilə daha da sıx əlaqələr qurmaq istəmir.

ABC.AZ xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

Bundan əvvəl Macarıstan hökuməti dəfələrlə qeyd etmişdi ki, ölkə Maastrixt meyarlarına cavab vermədiyi üçün hələ avro tətbiq etməyə hazır deyil. Bu cür meyarlar 1992-ci il Avropa Birliyi müqaviləsi ilə müəyyən edilmiş və avrozonaya daxil olmaq üçün zəruri olan maliyyə və iqtisadi göstəricilərə aiddir. Onlar maliyyə sisteminin sabitliyini, qiymət səviyyəsini və məzənnənin sabitliyini qiymətləndirirlər.