10:49 - 7.10.2025
7 oktyabr, Fineko/abc.az. Yarım il ərzində maliyyə sektorunda bütün seqmentlər üzrə artım müşahidə olunub.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankda Maliyyə Sabitliyi Hesabatına dair mətbuat konfransında tənzimləyici qurumun Maliyyə Sabitliyi departamentinin direktoru Ataxan Həsənov deyib.
Onun sözlərinə görə, sevindirici hal odur ki, bank sektorunun kapital mövqeyi bazarın genişlənməsini dəstəkləyir.
"Sözügedən dövrdə sektor üzrə kredit riskləri aşağı səviyyədədir. Bir sıra iqtisadi portfellərdə artım müşahidə olunub. Əhalinin borc yükü ilə bağlı risklər diqqət mərkəzində saxlanılır. Sektorun likvidlik mövqeyi güclənərək komfort zonada qalmaqda davam edir. Bankların aktiv və öhdəliklər üzrə müddət uyğunsuzluğu onların dayanıqlığına təhdid yaratmır. Uzun müddətli de-dollarizasiya trendləri davam edir", - deyə A.Hısənov bildirib.
Müəllif: Elmir Murad
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025