10:54 - 7.10.2025
7 oktyabr, Fineko/abc.az. Bu ilin I yarısında Azərbaycan banklarında müddətli unikal əmanətçilərin sayı 11,7 % artıb.
ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov mətbuat konfransında bildirib.
O qeyd edib ki, sözügedən dövrdə əmanətçilərin sayı 168 min nəfəri keçib.
"Bəhs olunan rəqəm ötən ildən başlayaraq əhəmiyyətli artım nümayiş etdirib, nəticədə sektorun maliyyə-prudensial tələblərini üstələyib", - deyə A.Həsənov söyləyib.
Müəllif: Elmir Murad
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
9 Dekabr 2025
8 Dekabr 2025
8 Dekabr 2025