Faiz dərəcəsinin riski bankların kapital mövqeyinə təsiri minimaldır - AMB rəsmisi

11:02 - 7.10.2025


7 oktyabr, Fineko/abc.az. Azərbaycanın bank sektorunda faiz dərəcəsi riski yoxdur.

ABC.AZ-ın məlumatına görə, bu fikiri Mərkəzi Bankın (AMB) Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan banklarının müddəti 1 ilə qədər olan aktivlərinin ümumi aktivlərdə payı 51 %, 1 ilə qədər olan öhdəliklərinin ümumi öhdəliklərdə payı isə 81 %-dir:

"Analizlərimiz göstərir ki, sektorda müddət uyğunsuzluğunun, başqa sözlə faiz dərəcəsi riskinin bankların kapital mövqeyinə təsiri minimaldır, dayanıqlılığa təhdid yaratmır".

Müəllif: Elmir Murad