Sığorta sektorunda Solvency II standartlarına keçiləcək - Şahin Mahmudzadə

12:03 - 7.10.2025


7 oktyabr, Fineko/abc.az. Mərkəzi Bank ölkədə xalis stabil maliyyələşmə əmsalının tətbiqinə başlayacaq.

ABC.AZ-ın məlumatına görə, bunu Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə maliyyə sabitliyi hesabatına dair keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, hazırda bununla bağlı konsepsiya hazırlanır. "Bu da bank sektorunun uzunmüddətli likvidliyini tənzimləməyə xidmət edəcək" - deyə Ş.Mahmudzadə vurğulayıb.

Eyni zamanda AMB rəsmisi bildirib ki, banklar üzrə Bazel III, sığorta sektoru üzrə isə Solvency II standartlara keçid nəzərdə tutulur: "Bu istiqamətdə işlər aparılır. Yaxın vaxtlarda bazar risklərinin idarə edilməsi ilə bağlı qaydalar müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək".

Müəllif: Elmir Murad