15:06 - 7.10.2025
7 oktyabr, Fineko/abc.az. Cari ilin oktyabr ayının 1-nə əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 466.613 vahid artıb və 1.868.528-ə çatıb.
Bu barədə ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına istinadla xəbər verir.
Məlumatda qeyd edilib ki, oktyabrın 1-nə qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1.011.208 təşkil edib. 2019-cu ilin əvvəlindən indiyədək bu sektorda əmək müqavilələrinin sayı 471.286 vahid və ya 87,3% artıb.
Ümumi əmək müqavilələrinin 54,1%-ə yaxını qeyri-neft sektorunun özəl bölməsinin payına düşüb. 2025-ci ilin 9 ayında qeyri-neft özəl sektorunda qeydə alınmış 28 min artımın əsas hissəsi xidmət, ticarət və tikinti sahələrində müşahidə edilib.
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025