17:01 - 7.10.2025
7 oktyabr, Fineko/abc.az. Gələn ildən Azərbaycanın maliyyə bazarında İslam bankçılığı məhsulları təqdim olunacaq.
ABC.AZ-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən II Azərbaycan Halal Biznes (AZHAB) Forumunda bildirib.
Onun sözlərinə görə, AMB beynəlxalq təcrübəni nəzərə alaraq mərhələli və praqmatik strategiya qəbul edib:
"Bu strategiyaya əsasən, ilkin mərhələdə İslam bankçılığı məhsulları ənənəvi banklar daxilində "İslam pəncərəsi" modeli vasitəsilə təqdim olunacaq. Bu, bazarda tələbatın sınaqdan keçirilməsinə, iştirakçıların məhsullarla tanış olmasına və gələcəkdə daha geniş həcmli məhsul və həllərin tətbiqinə şərait yaradacaq".
12 Noyabr 2025
12 Noyabr 2025
12 Noyabr 2025
12 Noyabr 2025
12 Noyabr 2025