17:08 - 7.10.2025
7 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, gələn ildən Azərbaycanın maliyyə bazarında İslam bankçılığı məhsulları təqdim olunacaq.
ABC.AZ-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən II Azərbaycan Halal Biznes (AZHAB) Forumunda bildirib.
O qeyd edib ki, bu mərhələli strategiyanın icrası üçün qurum konkret yol xəritəsi müəyyənləşdirib: "Bu xəritəni 4 əsas istiqamətə bölmək olar: Birincisi - ilkin mərhələdə tətbiq olunacaq məhsulların müəyyən edilməsidir. Bunun üçün AMB banklar, sənaye assosiasiyaları və ekspertlərlə müzakirələr apararaq müştəri tələblərini və bazar ehtiyaclarını qiymətləndirib, tətbiq oluna biləcək məhsulların siyahısını müəyyən edib. Bu mərhələ artıq tamamlanıb.
İndi isə həmin məhsulların tətbiqini təmin etmək üçün hüquqi və tənzimləyici baza hazırlanır. Bu, Mülki Məcəllə, Vergi Məcəlləsi, "Banklar haqqında qanun" və digər normativ aktlara dəyişiklikləri əhatə edir. Həmin dəyişikliklər bank sektoruna təqdim olunub, hazırda onlardan gələn rəy və təkliflər toplanır. AMB bu rəyləri yekunlaşdıraraq ilin sonunadək hökumətlərarası razılaşdırma mərhələsinə təqdim etməyi planlaşdırır. Yol xəritəsinin üçüncü əsas sütunu - potensialın və biliklərin artırılmasıdır. Bu, çox vacib və həlledici elementdir. Bu məqsədlə biz Türkiyə, Pakistan, Qırğızıstan və digər ölkələrin müvafiq qurumları ilə əməkdaşlığa başlamışıq. Xüsusilə, Pakistan Mərkəzi Bankı ilə birgə AMB-nin nəzarət və tənzimləyici əməkdaşları üçün təlim proqramı təşkil edilib. Bu istiqamətdə fəaliyyətlərimizi davam etdirməyi planlaşdırırıq".
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025