10:11 - 8.10.2025
8 oktyabr, Fineko/abc.az. Cari ilin birinci yarımili ərzində sığorta sektorunun aktivləri 4,5 faiz (93 milyon manat) artaraq 2,14 milyard manata çatıb.
ABC.AZ Mərkəzi Banka istinadla xəbər verir ki, aktivlərin 40 faizini (856 milyon manat) dövlət qiymətli kağızları, 28 faizini (600 milyon manat) bank vəsaitləri, 11 faizini (236 milyon manat) qeyri-dövlət qiymətli kağızları, 8 faizini (163 milyon manat) debitor borclar təşkil edir.
Bu ilin birinci yarımili ərzində sektorun öhdəlikləri isə 7,3 faiz (105 milyon manat) artaraq 1,55 milyard manata çatıb. Öhdəliklərin 73 faizi sığorta haqları ehtiyatı, 18 faizi sığorta hadisələri ehtiyatı 9 faizi digər öhdəliklər təşkil edir.
18 Noyabr 2025
18 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025