10:31 - 8.10.2025
8 oktyabr, Fineko/abc.az. Cari ilin 6 ayında sığorta şirkətlərinin investisiya portfeli ötən ilin sonu ilə müqayisədə 5,6 faiz (94 milyon manat) artaraq 1772 milyon manata çatıb.
Bu barədə ABC.AZ Mərkəzi Banka istinadla xəbər verir.
Qeyd olunur ki, investisiya portfelində artım əsasən banklarda pul vəsaitləri (205 milyon manat) və qeyri-dövlət qiymətli kağızların (102 milyon manat) hesabına baş verib.
Bundan əlavə, sığorta şirkətləri repo bazarında vəsait yerləşdirən tərəf kimi aktiv iştirak edib.
Ümumilikdə, həyat sığorta şirkətlərinin aktivlərinin 92 faizini, qeyri-həyat sığorta şirkətlərinin aktivlərinin isə 73 faizini investisiya portfeli təşkil edir. Sığorta şirkətlərinin investisiya aktivləri əsasən dövlət qiymətli kağızlardan və bank vəsaitlərindən ibarətdir.
2025-ci ilin birinci yarımilində sığorta sektoru investisiya fəaliyyətindən 55 milyon manat gəlir əldə edib ki, bu da cəmi gəlirlərin 7,15 faizini təşkil edir.
18 Noyabr 2025
18 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025