12:12 - 9.10.2025
9 oktyabr, Fineko/abc.az. Rəqəmsallaşan dünyada informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik artıq təkcə texnoloji məsələ deyil, eyni zamanda iqtisadi təhlükəsizlik, dayanıqlı inkişaf və rəqabətqabiliyyətli iqtisadiyyatın əsas alətlərindən birinə çevrilib.
ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “Critical Infrastructure Defence Challenge-2025" tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müxtəlif fəaliyyət sahələrində uğura nail olmaq üçün 3 əsas komponent özünü hər zaman doğrultmaqdadır: Tənzimləyici mexanizmlər, alətlər (texniki və texnoloji həllər) və insan kapitalı.
“Rəqəmsallaşma əmək məhsuldarlığını artırır, resurslardan istifadənin səmərəliliyini yüksəldir və yeni iş yerləri yaradır. Dünya Bankının hesablamalarına görə, rəqəmsallaşma səviyyəsində 10 faiz artım ÜDM-də 1–1,5 faiz artım deməkdir. Lakin bu artım yalnız etibarlı və təhlükəsiz rəqəmsal mühitdə mümkündür. Deməli, kibertəhlükəsizliyə artan xərclər kateqoriyası kimi deyil, iqtisadi dayanıqlığa sərmayə kimi baxılmalıdır. Beynəlxalq analitiklərin hesablamalarına görə qlobal səviyyədə 2024-cü ildə kiberhücumların iqtisadi zərəri 8 trilyon dolları ötüb, 2025-ci il üçün isə bu xərclərin 10 trilyon dolları ötəcəyi proqnozlaşdırılır. Azərbaycanda rəqəmsal hökumətə və rəqəmsal iqtisadiyyata keçidi təmin edən lokal və qlobal informasiya sistemləri arasında inteqrasiyaların mövcudluğunu nəzarə alsaq rəqəmsal təhlükəsizlik üzrə həllərin, kadr potensialının formalaşdırılması iqtisadi təhlükəsizliyin təmin edilməsi baxımından önəmlidir”, — deyə E.Əliyev bildirib.
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025