Xroniki yorğunluq sindromunun diaqnozu üçün ilk qan testi yaradılıb

15:32 - 9.10.2025


9 oktyabr, Fineko/abc.az. İngilis tədqiqatçılar mialgik ensefalomiyelit — xroniki yorğunluq sindromunu aşkar etmək üçün dünyanın ilk qan testini yaradıblar.

ABC.AZ xəbər verir ki, bu xəstəliyin diaqnozu yalnız simptomlar əsasında aparılırdı və bu da diaqnozun gecikməsinə səbəb olurdu.

Şərqi İngiltərə Universiteti Tibb Fakültəsinin professor Dmitri Pşejetski deyib: “Kəşfimiz diaqnozu təsdiqləmək üçün sadə və dəqiq bir qan testi yaratmağa imkan verir”.

Oxford Biodynamics ilə birlikdə alimlər xroniki yorğunluq sindromunun (XYS) ağır formasından əziyyət çəkən 47 pasiyent və 61 sağlam insanın DNT qatlanma xüsusiyyətlərini araşdırıblar. Testin 92% həssaslıq və 98% spesifiklik nümayiş etdirib ki, bu da xəstəliyin həm müsbət, həm də mənfi hallarının yüksək dəqiqliklə müəyyən edilməsinə imkan verir.