16:13 - 9.10.2025
9 oktyabr, Fineko/abc.az. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) əksər müsəlman ölkələrinin Qarabağa sərmayə qoyacaqlarına ümid edir.
ABC.AZ xəbər verir ki, bunu İƏT-in baş katibinin iqtisadi məsələlər üzrə müşaviri Ahmad Kavesa Sengendo bildirib.
O qeyd edib ki, Azərbaycan işğaldan azad etdiyi ərazilərini - Şuşa şəhərini və digər bölgələri bərpa etdikcə, ümid edirik ki, əksər müsəlman ölkələri bu ərazilərə sərmayə qoyacaqlar.
"Azərbaycan İƏT-in mühüm üzvüdür və bir çox sahələrdə əsas rol oynayır, təşkilatın bütün əsas tədbirlərində fəal iştirak edir və bir neçəsinə ev sahibliyi edir. Bu əməkdaşlığa görə Azərbaycan hökumətinə minnətdarıq və hesab edirik ki, gələcəkdə bu əlaqələr daha da güclənəcək", - deyə o qeyd edib.
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025