Hazırda "deepfake" kimi təhlükələrlə bağlı əsas aşkarlama metodu monitorinqdir - Fərid Zeynalov

17:10 - 9.10.2025


9 oktyabr, Fineko/abc.az. Süni intellektlə yaradılmış təhlükələr eyni əsaslı həllərlə aradan qaldırılmalı, onlara qarşı monitorinqi və cavab tədbirləri elə süni intellekt əsaslı həllər vasitəsilə aparılmalıdır.

ABC.AZ xəbər verir ki, bunu Elektron Təhlükəsizlik Xidmətinin rəisi Fərid Zeynalov konfransda bildirib.

Onun sözlərinə görə, hazırda "deepfake" kimi təhlükələrlə bağlı əsas aşkarlama metodu monitorinqdir:

"Onların kontentinin analizi, təsdiqlənmiş mənbələrdən təsdiqlənmə əsasında aparılır. Eyni zamanda praktiki olaraq bununla bağlı həm sosial şəbəkə operatorları, həm beynəlxalq təşkilatlar, həm də yerli orqanlarla işlər aparılır. Hazırda sahə özü yeni olduğu üçün beynəlxalq təcrübədə belə ələ ki, dedektiv metoddan, yəni monitorinq metodlarla aşqarlanır. Yəni hələ ki, preventiv metodlar bununla bağlı yoxdur. Bununla belə biz beynəlxalq təcrübə ilə maraqlanırıq və müəyyən planlar və bu istiqamətdə test işləri aparılır". © Report