"Deepfake" süni intelekt vasitəsilə yaradılan təhlükələr dezinformasiya kimi risklərdən ibarətdir

17:24 - 9.10.2025


9 oktyabr, Fineko/abc.az. "Deepfake" süni intelekt vasitəsilə yaradılan təhlükələr, əsasən, şəxsiyyət oğurluğu, ictimaiyyətdə olan etimadın azaldılması, dövlət quruluşuna olan etimadın azaldılması, dezinformasiya və s. kimi risklərdən ibarətdir.

ABC.AZ xəbər verir ki, bunu Elektron Təhlükəsizlik Xidmətinin rəisi Fərid Zeynalov konfransda bildirib.

Onun sözlərinə görə, bununla belə, risklər yalnız sadaladıqlarım olmaya da bilər.

"Bu, hansısa daha miqyaslı bir hücumun, tədbirin başlanğıcı, fikirləri digər yerlə yönəltmək kimi bir kampaniyanın başlangıcı da ola bilər. Bunlar milli təhlükəsizlik səviyyəsində artıq kifayət qədər çoxalıb. Bununla bağlı artıq istər qanunvericilikdə, istər texniki yanaşmada artıq hansısa işlər görülməlidir"; - deyə F. Zeynalov deyib.