11:58 - 10.10.2025
10 oktyabr, Fineko/abc.az. Niderlandın ING bank qrupu yaxın illər üçün Azərbaycanda ümumdaxili məhsul (ÜDM) artımı ilə bağlı proqnozlarını ictimailəşdirib.
ABC.AZ xəbər verir ki, sənədə əsasən, 2025-ci ildə ölkə iqtisadiyyatında 1,5 faiz, 2026-cı ildə isə 2,8 faiz artım olacaq, 2027-ci ildə isə iqtisadi artım templərinin 2 faizə qədər yavaşlayacağı gözlənilir.
ING-nin qiymətləndirməsinə əsasən, 2025-ci ilin üçüncü rübündə Azərbaycanın ÜDM artımı sabit qalacaq, dördüncü rübdə isə 3 faizə qədər sürətlənəcək.
Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin yanvar–avqust aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 83,0 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,0 faiz çoxdur.Hesabat dövründə neft-qaz sektorunda əlavə dəyər 2,1 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2,6 faiz artım qeydə alınıb.
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025