14:12 - 10.10.2025
10 oktyabr, Fineko/abc.az. Türk İnvestisiya Fondu (TIF) institusional inkişaf prosesini başa çatdırıb və yaxın vaxtlarda maliyyə əməliyyatlarının hazırlanmasına başlayacaq.
ABC.AZ TIF-ə istinadən verdiyi məlumata görə, bu barədə Fondun prezidenti Bağdad Amreyev bəyan edib.
Onun sözlərinə görə, TIF beynəlxalq tərəfdaşlıqlar və aparıcı qlobal maliyyə institutları ilə əməkdaşlıq hesabına kapitallaşmanı genişləndirmək niyyətindədir.
B.Amreyev qeyd edib ki, Fond Türk dünyasının qlobal tərəfdaşlarla iqtisadi əlaqələrinin möhkəmləndirilməsi üçün effektiv platforma olacaq və onun fəaliyyətinin üzv dövlətlər arasında iqtisadi münasibətlərin inkişafına əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.
18 Noyabr 2025
18 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025