16:20 - 10.10.2025
10 oktyabr, Fineko/abc.az. Azərbaycan hökuməti "ikili transformasiya" konsepsiyasını həyata keçirir.
ABC.AZ-ın məlumatına görə, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Brüsseldə "Global Gateway" konfransında çıxış edərkən bəyan edib.
"Bu isə ənənəvi nəqliyyat dəhlizlərini tədarük zəncirinin iştirakçıları arasında şəffaflıq və etimad təmin edən müasir rəqəmsal həllərlə birləşdirir. Azərbaycan dəmir yolu, avtomobil, dəniz və hava yollarını birləşdirən inteqrasiya olunmuş multimodal nəqliyyat sistemi yaradıb. Onun mərkəzi elementi Xəzərdə ən böyük hab olan və Orta Dəhlizin inkişafında strateji rol oynayan Ələtdəki Bakı Beynəlxalq Dəniz Limanı olub" - deyə R.Nəbiyev bildirib. R.Nəbiyev vurğulayıb ki, Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropanı birləşdirən marşrutun əsas həlqəsi olan Bakı-Tibilisi-Qars (BTQ) dəmir yolu isə xüsusi əhəmiyyət kəsb edir: "Bu yaxınlarda ölkə hökuməti BTQ-nin ötürücülük qabiliyyətinin genişləndirilməsinə əlavə olaraq 100 milyon ABŞ dolları ayırıb. Bu da yaxın illərdə daşımaların həcmini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək".
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025
6 Noyabr 2025