16:35 - 10.10.2025
10 oktyabr, Fineko/abc.az. 25 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdi.
ABC.AZ BFB-yə istinadla xəbər verir ki, qeyd olunan AZ2010019209 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 10.10.2025-ci il tarixində yekunlaşıb.
Qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir: Emitentin adı "FINCA Azerbaijan" MM QBKT
İstiqraqzların növü və forması: Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
İstiqrazların sayı: 30,000 ədəd
İlkin ticarət qiyməti: 100 manat
Buraxılış həcmi: 3,000,000 manat
İllik gəlirlilik faizi:15%
Ödəmə periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir
Tədavül müddəti:24 ay
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 3,000,000 manat
Reallaşdırılmış həcm:3,000,000 manat
Minimal qiymət: 100 (15.0000%) manat
Maksimal qiymət: 100 (15.0000%) manat
Kəsmə qiyməti: 100 (15.0000%) manat
Ortaçəkili qiyməti: 100 (15.0000%) manat
İnvestor sayı:56
Sifariş sayı:56
Anderrayter: “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC
17 Dekabr 2025
17 Dekabr 2025
17 Dekabr 2025
17 Dekabr 2025
15 Dekabr 2025
15 Dekabr 2025
15 Dekabr 2025