17:06 - 10.10.2025
10 oktyabr, Fineko/abc.az. Prokurorluğun roluna gəldikdə prokurorluq orqanları qanunların icrasına nəzarəti, istintaqa prosessual rəhbərliyi həyata keçirir, eyni zamanda, məhkəmədə dövlət ittihamını müdafiə edir.
ABC.AZ xəbər verir ki, bunu Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kibertəhlükəsizlik şöbəsinin rəisi Aydın Verdiyev Bakıda keçirilmiş konfransda deyib.
Onun sözlərinə görə, biometrik məlumatların qanunsuz istifadəsi hallarında həm cinayət təqibini aparmaq, həm də ictimai maraqları qorumaq prokurorluğun səlahiyyətinə daxildir.
Şöbə rəisi qeyd edib ki, texnologiyalar sürətlə inkişaf etdiyindən hüquqi mexanizmlərin də bu dinamikaya uyğun şəkildə yenilənməsi zəruridir: "Bu istiqamətdə məsuliyyət mexanizmlərinin sərtləşdirilməsi, müasir texniki standartların qanunvericilikdə əks etdirilməsi, beynəlxalq təcrübənin tətbiqi və vətəndaşların məlumatlandırılması istiqamətində tədbirlərin gücləndirilməsi vacibdir". © Report
19 Noyabr 2025
19 Noyabr 2025
19 Noyabr 2025
19 Noyabr 2025
19 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025
17 Noyabr 2025