Bu ölkə ilin sonuna qədər “Chevron” ilə qaz kəşfiyyatına dair müqavilə imzalamağı planlaşdırır

17:25 - 10.10.2025


10 oktyabr, Fineko/abc.az. Yunanıstan, Amerikanın “Chevron” şirkəti və ortağı “Helleniq Energy” ilə ölkənin kontinental şelfində qaz kəşfiyyatı müqaviləsi bağlamaq üçün danışıqlar aparır.

ABC.AZ xəbər verir ki, energetika naziri Stavros Papastavrounun sözlərinə görə, sazişin 2025-ci ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.

Şirkətlər Peloponnes və Kritdə dörd dərinsulu sahəyə iddia edirlər. Müqavilə Audit Məhkəməsi və parlament tərəfindən təsdiqləndikdən sonra işlər 2026-cı ildə seysmik tədqiqatlarla başlayacaq, sınaq qazma işləri isə 2030-2032-ci illərdən əvvəl planlaşdırılmır.

Yunanıstan idxaldan asılılığı azaltmağa və Avropaya qaz tədarükündə rolunu gücləndirməyə çalışır.