Türkiyənin əsas müdafiə sənayesi şirkəti Azərbaycanda törəməsini yaradıb

10:05 - 13.10.2025


13 oktyabr, Fineko/abc.az. Dövlət Vergi Xidməti "Makine ve Kimya Azerbaijan" MMC-ni dövlət qeydiyyatına alıb.

ABC.AZ nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva, 103, nizamnamə kapitalı 1 000 000 manat, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı İlhami Keleşdir.

O həm də Türkiyənin aparıcı müdafiə sənayesi şirkəti "Makine ve Kimya Endüstrisi A.Ş"nin Direktorlar Şurası sədrinin müavinidir.