Orta Dəhlizlə aparılan yükdaşımaların həcmi 90 faiz artıb - Baş nazirin müavini

12:28 - 13.10.2025


13 oktyabr, Fineko/abc.az. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi həm Şərq-Qərb, həm də Körfəz ölkələri ilə Qara dənizi əlaqələndirəcək.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunan üçtərəfli görüşdə çıxış edərkən deyib. Şahin Mustafayev, həmçinin Orta Dəhlizin əhəmiyyətinə də toxunub:

“2022-ci ildən etibarən Orta Dəhlizlə həyata keçirilən yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Dəhliz üzrə tranzit müddətləri isə nəzərəçarpacaq dərəcədə azalıb”, - deyə Baş nazirin müavini vurğulayıb.