Bu ölkədə qazlı su enerji içkisi statusu ala bilər —  satış yalnız pasportla olacaq

15:29 - 13.10.2025


13 oktyabr, Fineko/abc.az. Rusiyada qazlı suları pasportsuz satmağı qadağan edə bilərlər.

ABC.AZ xəbər verir ki, Milli valideyn komitəsinin rəhbəri İrina Volınets, 18 yaşına çatmamış şəxslərə şəkərli qazlı içkilərin satışına qadağa qoyulmasını təklif edib. Müraciət Rusiya Federasiyası Dövlət Dumasında araşdırılır.

Təşəbbüsü uşaq qidası Tədqiqat İnstitutunun rəyi ilə dəstəkləyir. Qurum təsdiq edir ki, qazlı sular sağlamlığa son dərəcə zərərlidir, tərkibində kritik miqdarda şəkər var və ciddi xəstəliklərə, ilk növbədə piylənməyə, həmçinin diabetə səbəb ola bilər.
Qazlı sular, qanun layihəsinin mətninə görə, "boş kalori" ehtiva edir, susuzluğu yatırmır və artıq çəkiyə gətirib çıxarır.