11:20 - 14.10.2025
14 oktyabr, Fineko/abc.az. 2025-ci ilin dekabr ayında Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) gümüş fyuçerslərinin dəyəri troya unsiyasına 52 dolları keçərək tarixi maksimumu yeniləyib.
ABC.AZ xəbər verir ki, bu ticarət məlumatlarından irəli gəlir.
Bakı vaxtı ilə saat 07:30-a olan məlumata görə, qiymətli metalın qiyməti 0,78% artaraq troya unsiyasına 52,055 dollar təşkil edib. Saat 08:10-a olan məlumata görə gümüşün dəyəri böyüməni sürətləndirdi və bir unsiya üçün 52,215 dollar (+1,09%) səviyyəsində idi.
Eyni zamanda, Comex birjasında 2025-ci ilin dekabr ayında tədarük ediləcək qızıl fyuçersləri 4 179,1 dollar (+0,39%) səviyyəsində olub.
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025
14 Noyabr 2025