Aktivləri 1 milyard 307 milyon manata çatan Bank - Hesabat

14:18 - 14.10.2025


14 oktyabr, Fineko/abc.az. 2025-ci ilin 9 ayı ərzində Rabitəbank 13 milyon 249 min manat xalis mənfəət əldə edib.

ABC.AZ Bankın Maliyyə nəticələrinə istinadən xəbər verir ki, bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 15.8% artaraq 1 milyard 307 milyon manata çatıb.

Bankın kredit portfeli böyüyərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.1% artıb. Nəticədə ümumi kredit portfeli 953 milyon 150 min manata yüksəlib.  Kredit portfelinin əsas hissəsini biznes kreditləri təşkil edir.

Belə ki, biznes kreditləri portfeli 13.7% artaraq 431 milyon 216 min manata, o cümlədən, istehlak kreditləri portfeli 21.3% artaraq 341 milyon 804 min manata, ipoteka kreditləri isə 17.9% artaraq 180 milyon 131 min manata çatıb.

Müəllif: Elmir Murad